FİDE prezidenti Mahir Məmmədovla yoldaşlıq görüşü keçirdi
FİDE rəhbəri Arkadi Dvorkoviç Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla yoldaşlıq görüşü keçirib.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, Bakı Kristal Zalında baş tutan partiya heç-heçə yekunlaşıb.
FİDE prezidenti “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının keçirildiyi məkanda yaradılan şəraiti də yüksək qiymətləndirib. AŞF rəhbəri yarışla bağlı qonağa məlumat verib.
Bu gün “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin