
FİDE-də seçkilərin vaxtı bilindi
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilərin vaxtı məlum olub.
Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, seçkilər 7-8 avqustda – qurumun Hindistanın Çennai şəhərində planlaşdırılan Baş Assambleyasının iclasında baş tutacaq.
Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.
FİDE-nin hazırkı prezidenti rusiyalı Arkadi Dvorkoviç, vitse-prezidentləri isə Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edən Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin