FIBA: “Türkiyə oyunların təxirə salınmasını istəməyib”

Türkiyənin “Qaziantep” basketbol komandası Avropa kuboku oyununun təxirə salınmasını istəməyib.

Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi “tvitter” hesabı məlumat yayıb.

Qurum öncədən ölkədəki zəlzələ ilə əlaqədar Türkiyə təmsilçilərinin matçlarının təxirə salındığını bildirmişdi.

“Qaziantep” K qrupunun 6-cı turunda fevralın 8-də Almaniyada “Crailsheim Merlins”in qonağı olacaq. Komanda beş oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button