
FİBA Çempionlar Liqasının oyunu Bakıda keçiriləcək
Basketbol üzrə FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.
Komanda.az xəbər verir ki, komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.
Yanvarın 7-də ölkəmizdə baş tutan matçda “Aliağa Petkim Spor” rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib – 1:0. Yanvarın 14-də isə “Hapoel Holon”un qələbəsi qeydə alınıb – 65:62.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin