
“Feyenoord”un yeni baş məşqçisi məlum oldu – Rəsmi
“Feyenoord”un yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, komandanı sabiq hücumçusu Robin van Persi çalışdıracaq.
Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Robin van Persi əvvəllər “Feyenoord”un gənclər komandalarında çalışıb. O, son olaraq “Heerenven”in baş məşqçisi olub .
“Feyenoord” 23 oyundan sonra 43 xalla Niderland çempionatında 3-cüdür. Turnir cədvəlinə 54 xalla “Ayaks” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin