
“Feyenoord” Kuytu seçdi
“Feyenoord”la müqaviləsi gələn ilin yayında başa çatacaq baş məşqçi Dik Advokatın əvəzləyicisi məlum olub.
Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, Advokatı Dirk Kuyt əvəzləyəcək. Hazırda klubun U-19 komandasını çalışdıran Kuyt, 2021/22 mövsümündə “Feyenoord”un “sükanı arxasına” keçəcək.
39 yaşlı Kuytun köməkçiləri Henrik Larsson və Alfons Qronendeyk olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin