“Onların pulu çoxdur” – Advokat

“Feyenoord” klubunun baş məşqçisi Dik Advokat açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis, rəhbərlik etdiyi “Feyenoord”la “Ayaks”ı müqayisə edib:

“Sebastian Hallerin transferi ilə “Ayaks”la aradakı fərqi gördük. Biz müəyyən bir kateqoriyaya sahib futbolçu ala bilərik, “Ayaks” və PSV isə istədiyi futbolçunu alır. “Feyenoord” “Ayaks”dan daha böyük klubdur, ancaq onların pulu çoxdur”.

“Ayaks” İngiltərənin “Vest Hem” klubundan Sebastian Halleri 22,5 milyon avro qarşılığında transfer edib. Bu, Niderland futbol tarixinin ən bahalı 7-ci transferidir.

Niderland Erediviziyasında “Ayaks” 34 xalla lider, “Feyenoord” isə 29 xalla 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button