Erməni üçün məbləği artırmayacaq – Niderland klubu
Niderland təmsilçisi “Feyenoord” Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryan üçün təklifin məbləğini artırmayacaq.
Komanda.az “Sport-Express”-ə istinadən xəbər verir ki, “Feyenoord” “Dinamo”nun erməni əsilli rusiyalı futbolçusu üçün 8 milyon avrodan çox pul ödəyə bilməyəcək.
Daha əvvəl bildirilmişdi ki, Rusiya təmsilçisi 20 yaşlı oyunçu üçün ən azı 15 milyon avro alacağını gözləyir.
Zaxaryanın müqaviləsindəki sərbəst qalma məbləği 25 milyon avrodur.
Futbolçu ötən mövsüm “Dinamo”nun heyətində 37 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin