Ferqyuson Erik ten Haqın işindən danışdı
“Mançester Yunayted”in keçmiş çalışdırıcısı Aleks Ferqyuson klubun hazırkı baş məşqçisi Erik ten Haqın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ferqyuson, niderlandlı məşqçiyə lazım olan futbolçuları tapmaqda bacarığının kömək etdiyini düşünür:
“Komandanın əsasını həmişə qapıçı və mərkəz hücumçusu tamamlayır. Yeni qapıçı fiziki cəhətdən yaxşı hazırlanıb və ümid edirəm ki, yeni mərkəz hücumçusu da tez formada olacaq”.
“Qırmızı şeytanlar” 2022/23 mövsümündə Premyer Liqanı 3-cü pillədə başa vuraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin