Ferqyusona görə “Mançester Yunayted”in “qəlbi və ruhu” olan 2 futbolçu
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson hazırkı heyətin “qəlbi və ruhu” olan futbolçuların hansılar olduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”a uzun müddət rəhbərlik etmiş mütəxəssis “Metro”-ya açıqlamasında bunu deyib:
“Kobbi Mainu və Alexandro Qarnaço “Mançester Yunayted”in qəlbi və ruhudur”.
“Qırmızı şeytanlar”ın yetirməsi olan Mainunun 19 yaşı var. 20 yaşlı argentinalı Qarnaço isə 2020-ci ildən bu klubda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin