
“Ferqyuson evimə gəlirdi, birlikdə südlü çay içirdik”
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sabiq baş məşqçisi Aleks Ferqyuson haqqında xoş sözlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, “Mançester Yunayted”də oynadığı illəri xatırlayaraq, Ferqyusonun onun həyatında böyük rol oynadığını bildirib:
“Mançesterdə olduğum vaxt onunla çox danışırdım. Hətta evimə gəlirdi, birlikdə südlü çay içirdik. O, çox yaxşı insandır, həmişə qəlbimdə olacaq və bunu tamamilə haqq edir. Həm həyatımda, həm də karyeramda mənə çox kömək edib”.
“O, sənin üçün atalıq fiquru idimi” sualına Ronaldo belə cavab verib:
“Futbolda ata? Bəli. Mənə yol göstərən insan. Bəli, bir çox cəhətdən. Həmişə dediyi sözü yerinə yetirirdi. O, yaxşı insandır və mən ona çox hörmət edirəm”.
Bizi Facebook-da izləyin



