Ferqyuson 1 milyon avrodan çox qazanıb – At yarışlarından

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson Səudiyyə Ərəbistanında keçirilən at yarışlarından böyük məbləğdə pul qazanıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 82 yaşlı mütəxəssisin digər investorlarla birlikdə “Spirit Dancer” adlı ayğırının da olduğu tövləsi var. O, Ər-Riyadda keçirilən nüfuzlu turnirin qalibi olub. Beləliklə, Ferqyuson bu qələbə sayəsində təxminən 1,1 milyon avro qazanıb.

Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Bu müddətdə “qırmızı şeytanlar” 13 dəfə İngiltərə çempionu olub, 5 dəfə İngiltərə kubokunu, 4 dəfə İngiltərə Liqa kubokunu, 10 dəfə İngiltərə superkubokunu, 2 dəfə Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button