Fernandu Santuş Şamaxıya getdi
“Şamaxı” Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda “Sumqayıt”ı qəbul edir.
Komanda.az-ın Şamaxıya ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş da oyunu izləyənlər arasındadır. Portuqaliyalı mütəxəssis matçı izləmək üçün Şamaxıya səfər edib.
“Şamaxı” – “Sumqayıt” matçı saat 16:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin