Fernando Torres karyerasını bitirdi
İspaniya millisinin sabiq üzvü Fernando Torres karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu şəxsi “tvitter” hesabından məlumat yayıb. Torres, iyunun 23-də mətbuat konfransı keçirəcəyini və bu qərarı nə üçün verdiyini izah edəcəyini bildirib.
2000-ci ildə “Atletiko” ilə müqavilə imzalayan Torres, 2007-ci ildə 38 milyon avro qarşılığında “Liverpul”a keçib. 4 mövsüm Mersisayd təmsilçisində çıxış edən hücumçu, 2011-ci ildə 58,5 milyon avro müqabilində “Çelsi”yə keçib. “Çelsi”dən sonra bir müddət “Milan”da icarə əsasında çıxış edən Torres 2016-cı ildə “Atletiko”ya qayıdıb. O, 2018-ci ilin yayında Yaponiyanın “Saqan Tosu” klubuna transfer olunub.
İspaniya millisində 110 dəfə forma geyinən Torres, yığmada 38 qola imza atıb.
Bizi Facebook-da izləyin