Fernandinyonun arzusu

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Fernandinyo komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, “şəhəlilər”lə yeni müqavilə imzalamaq istədiyini bildirib:

“Müqaviləmin uzadılması ilə bağlı danışıqlar məni xoşbəxt edər. Amma bu baş verməsə belə, xoşbəxt hiss edəcəm. Çünki kluba nə verdiyimi və klubun mənə nə qatdığını bilirəm. İndi futbola qayıdıb, yenidən oynamaq istəyirəm”.

Braziliyalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button