Fernandesin “Əl-Hilal”a mümkün keçidinin detalları bəlli olub

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesə dörd illik müqavilə təklif edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya təklif edilən illik xalis maaş 25 milyon avrodur. Bu da onun İngiltərədə aldığından üç dəfə çoxdur.

Bundan əlavə, “Əl-Hilal” Fernandesin transferi üçün “Mançester Yunayted”ə təxminən 95 milyon avro ödəməyə hazırdır.

30 yaşlı futbolçu Səudiyyə Ərəbistanına keçidi ciddi şəkildə nəzərdən keçirir. Onun agenti artıq “Əl-Hilal” nümayəndələri, o cümlədən, klub prezidenti Fahad bin Nafellə danışıqlar aparıb. Mənbələr bu görüşü “səmərəli” adlandırır və tərəflər arasında irəliləyişin əldə olunduğunu bildirirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button