“Mançester Yunayted”in yeni transferinə “xoş gəldin” mesajı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes fransalı müdafiəçi Leni Yoronun İngiltərə klubuna transferindən sonra paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, yeni transferlə bağlı sosial şəbəkə hesabında “Evinə xoş gəldin” sözlərini yazıb.
Yoro “qırmızı şeytanlar”la 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb və gələcəkdə anlaşmanı daha bir mövsüm uzatmaq imkanı var. 18 yaşlı futbolçu 2023/24 mövsümündə “Lill”in heyətində 44 matçda iştirak edib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin