Fernandes Onananın “Qalatasaray”la matçdakı səhvlərindən danışdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qalatasaray”la oyununda (3:3) qapıçı Andre Onananın səhvlərindən danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, Onananın daha yaxşı çıxış etməli olduğunu bildirib:

“O, belə anlarda necə davranacağını bilir. Onana hamımız kimi meydanda daha yaxşı çıxış etməlidir. Daha yaxşı nəticə əldə etmək üçün daha çox iş görməliydik. Təkcə ona görə deyil ki, belə mənfi nəticə əldə etdik. Biz hamımız gördüyümüz işin məsuliyyətini üzərimizə götürməliyik, ilk növbədə də mən”.

“Mançester Yunayted” Çempionlar Liqasında hazırda 4 xalla üçüncü pilləsində qərarlaşıb. Komanda son turda “Bayern”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button