“Mançester Yunayted”in futbolçusu 2 klubun “radar”ındadır
Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yaxın vaxtlarda İngiltərə klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində Avropanın iki klubu maraqlıdır. Söhbət “Barselona” və “Bayern”dən gedir.
Fernandes 2020-ci ilin yanvarından “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ildə başa çatacaq. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 8 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin