
Portuqaliyalı futbolçu “Əl-Nəsr”ə keçmək istəmir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes “Əl-Nəsr”ə keçməyə razı olmayacaq.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu iyunda Səudiyyə Ərəbistanının digər klubu olan “Əl-Hilal”a keçidi rədd etdikdən sonra komandasında qalmaq qərarına gəlib. İndi o, çətin ki, fikrini dəyişsin.
Daha əvvəl Səudiyyə Ərəbistanı klubunun transfer imkanını müzakirə etmək üçün Fernandeslə əlaqə saxladığı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin