
Lopesin “Barselona”da niyə qaldığı məlum olub
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi klubda qalmağa məcbur edən səbəblərlə bağlı məlumatlar üzə çıxıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu qalmaqla bağlı son qərarını baş məşqçi Hans-Diter Fliklə söhbətindən sonra verib. Futbolçu söhbət əsnasında 2024/25 mövsümündə özünü dəyərsiz hiss etdiyini etiraf edib və Flik də bununla razılaşıb. Lakin eyni zamanda, baş məşqçi Lopesin onun üçün çox önəmli olduğunu bildirib.
“Çelsi” yay transfer pəncərəsində futbolçu ilə maraqlanıb.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm İspaniya çempionatının 2 oyununda iştirak edib və heç bir qol vura bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



