
“Ferentsvaroş”un prezidenti: “Özümüzü sübut etmək üçün hələ bir şansımız var”
UEFA Çempionlar Liqasının pley-off mrəhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”un prezidenti Qabor Kubatov özünün sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, klub rəhbəri “Qarabağ”la cavab matçında mərhələ keçmək şanslarının olduğunu bildirib:
“Özümüzü sübut etmək üçün hələ bir şansımız var. Hər futbolçumuzun fövqəladə performansına ehtiyac var. Bundan sonra mərhələ keçmək şansımız olacaq”.
“Qarabağ” Macarıstandakı oyunda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



