“Ferentsvaroş”un futbolçusu “Qarabağ”la oyun haqda: “Böyük hesab gözləmirəm”

“Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Macarıstan təmsilçisinin qapıçısı Dibuş Denes ilk oyundan əvvəl yerli mətbuata açıqlama verib. “Metropol” nəşrinə danışan 34 yaşlı qolkiper, iki eyni gücdə komandanın üz-üzə gələcəyini bildirib:

“Biz ilk matçda meydana mərhələnin taleyini həll etmək niyyəti ilə çıxmayacağıq. Oyunun mahiyyəti belə deyil. Böyük hesab gözləmirəm. Rəqibi tanımaq və cavab matçına üstünlüklə getməyimiz vacibdir. Düşünürəm ki, təxminən eyni gücə malik komandalar qarşılaşacaq. Məncə, xırda detallar çox şeyi həll edə bilər. Meydanda əlimizdən gələni etməliyik. Hər şey istədiyimiz kimi getsə, Çempionlar Liqasının liqa mərhələsində olmaq şansımız var”.

“Qarabağ”la “Ferentsvaroş” arasında ilk oyun avqusun 19-da Macarıstanda keçiriləcək. Cavab matçı isə 27 avqust tarixində Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button