“Ferentsvaroş”u keçəcəyimizə əminəm” – Ozobiç

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Bakıda Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirdikləri ilk oyundan (1:1) sonra qonaqların baş məşqçisi Stanislav Çerçesovla görüşü barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında rusiyalı mütəxəssislə qarşılaşmağın xoş olduğunu söyləyib:

“Mən yaşda Çerçesovdan kiçiyəm və istənilən halda ona hörmət etməliyəm. Bakıdakı matçdan sonra bir az söhbət etdik. Uzun müddətdir bir-birimizi görmürdük. Budapeştdə yenidən qarşılaşacağıq. Təəssüf ki, o vaxt “Spartak”la müqavilə bağlayanda Xorvatiyada qaldım və onunla işləmək üçün dərhal Rusiyaya gəlmədim.

Yenidən Çempionlar Liqasının qrupunda oynamaq istəyirəm. “Spartak”la bu hissi yaşamışam. Amma həmin vaxt gənc idim və çox az oynayırdım. Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur. Əminəm ki, “Ferentsvaroş”u keçəcəyik”.

Bu gün Budapeştdəki “Groupama Arena”da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button