“Ferentsvaroş” Çerçesovu istefaya göndərdi

“Ferentsvaroş” baş məşqçisi Stanislav Çerçesovu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Budapeşt təmsilçisi Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” komandasına öz meydanında sensasiyalı şəkildə uduzaraq (0:3, ilk oyun 0:0) yarışda mübarizəni dayandırıb.

Oyundan sonra klub rəhbərliyi Çerçesovla görüş keçirib və onunla müqaviləni ləğv etmək qərarı verib.

Xatırladaq ki, rusiyalı mütəxəssis 2021-ci ilin dekabrından “Ferentsvaroş”a başçılıq edirdi. Ötən mövsüm onun rəhbərliyi altında macarlar “Qarabağ”a Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində uduzaraq mübarizədən kənarda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button