
“Ferentsvaroş” Bakıya yola düşdü
“Ferentsvaroş” (Macarıstan) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı ilk matç üçün Azərbaycana yola düşüb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Macarıstan təmsilçisi Bakıya çatdıqdan sonra, bu gün saat 19:15-də komandanın baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə “Ferentsvaroş” görüşdən əvvəl son məşqinə çıxacaq.
“Qarabağ” – “Ferentsvaroş” oyunu sabah saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin