“Mbappenin məşqinə baxmaq üçün hər gün pul ödəyərdim”
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand PSJ-nin hücumçusu Kilian Mbappe, “Bayern”in forvardı Harri Keyn və “Mançester Siti”nin hücumçusu Erlinq Haland arasında seçim edib.
Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, sabiq futbolçu, Mbappenin məşqinə baxmaq üçün hər gün pul ödəyə biləcəyini söyləyib:
“Hamısı əladır, pis və ya yanlış cavab yoxdur. Mbappenin məşqinə baxmaq üçün hər gün pul ödəyərdim. Mən ona sol cinah müdafiəçisi kimi topu verə bilərəm və o, qol vura bilər. Ona meydanın istənilən nöqtəsindən topu çatdırsam, o, nəsə yarada bilər. Digər ikisi bu işdə o qədər də yaxşı deyil.
Haland iki mərkəz yarımmüdafiəçisini belində daşıya bilər. Mən hər üçünü komandama götürüb, çox xoşbəxt olardım. Lakin Mbappenin bir xüsusiyyəti var ki, məni gecələr oturub deməyə vadar edir: “Təşəkkürlər, Allah!”
Bizi Facebook-da izləyin