Onun da adı “Şöhrət zalı”na daxil edildi

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinandın adı İngiltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu onlayn azarkeş səsverməsi və ekspertlərin seçimi əsasında bacarıb.

44 yaşlı Ferdinand 2002-2014-cü illərdə “qırmızı şeytanlar”ın formasını geyinib. Mançester klubunun heyətində o, 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Liqa kubokunu, bir dəfə UEFA Çempionlar Liqasını qazanıb və Klublararası dünya çempionatının qalibi olub.

Premyer Liqanın “Şöhrət zalı” 2021-ci ildə yaradılıb. Aleks Ferqyuson və Arsen Venger adları Premyer Liqanın “Şöhrət zalı”na daxil edilmiş ilk mütəxəssislərdir.

Stiven Cerrard, Dennis Berqkamp, Frenk Lempard, Roy Kin, Erik Kantona, Tyerri Anri, Alan Şirer, Devid Bekhem, Ueyn Runi, Patrik Vieyra da “Şöhrət zalı”nın üzvləridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button