Ferdinanddan “Mançester Yunayted”in yeni transferinə: “İş, iş və daha çox iş”

İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand “qırmızı şeytanlar”ın yeni müdafiəçisi Leni Yoroya müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Mançester Yunayted”in dünyanın ən yaxşı klubu olduğunu bildirib:

“Leni, “Mançester Yunayted”ə xoş gəldin. Çalışmaqdan və inkişafdan əl çəkmə. İş, iş və daha çox iş. “Mançester Yunayted” dünyanın ən yaxşı futbol klubudur. Bu sənin üçün ən yaxşı yerdir. Uğurlar”.

Yoro “Mançester Yunayted”lə 5 illik müqavilə imzalayıb.

Fransalı futbolçu ötən mövsüm “Lill”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button