
“Reşford sürpriz etməyi bilir” – Sabiq futbolçu
“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand İngiltərə klubunun hücumçusu Markus Reşfordun “Barselona”ya keçidi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, forvardın Kataloniya klubunun oyun tərzinə uyğun olduğunu bildirib:
“Reşford gəlib artıq bu komandada olan hücumçularla yeni bir şey sınamalıdır. Və bunun üçün onun bütün imkanları var. Əminəm ki, o, sürpriz etməyi bilir”.
Daha əvvəl ingiltərəli futbolçunun transferi başa çatdırmaq üçün artıq İspaniyaya gəldiyi bildirilib.
Reşford son mövsümdə “Mançester Yunayted”də çıxış etsə də, qışda “Aston Villa”ya icarəyə verilib. 27 yaşlı hücumçu ümumilikdə son mövsümdə 41 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin