
Sabiq futbolçu “Arsenal”ın yeni transferini müdafiə etdi
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Arsenal”ın yeni hücumçusu Viktor Qyokereşi tənqid etməyə tələsməməyə çağırıb.
İsveçli forvard Premyer Liqadakı debüt oyunundan sonra mətbuat və azarkeşlər tərəfindən tənqid olunub. “Mançester Yunayted”lə qarşılaşmada start heyətində meydana çıxan futbolçu 59-cu dəqiqədə əvəzlənsə də, çoxunun fikrincə, komandasına ciddi fayda verə bilməyib.
Komanda.az “Arsenal News Channel”-a istinadən xəbər verir ki, Ferdinand, Qyokereşə azı beş-altı oyun vaxt verməyin lazım olduğunu bildirib:
“Qyokereşi tənqid edən şərhlər gördüm, amma ona ən azı beş-altı oyun vaxt vermək lazımdır. O, transfer prosesi ilə bağlı vəziyyətə görə az məşq edib. İndi bənzər hal Aleksander İsakda (“Nyukasl”ın hücumçusu) da müşahidə olunur. “Arsenal”ın geniş heyəti var, əvəzləməyə Kay Haverts daxil oldu. Komanda real uğur şansına sahibdir”.
“Arsenal” “Old Trafford”da “Mançester Yunayted”i Rikardo Kalafiorinin qolu ilə minimal hesabla məğlub edib.
Bizi Facebook-da izləyin



