
Ferdinandın “qızıl top”a namizədi odur
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand “qızıl top”u almalı olan futbolçunun adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, “Real”ın vingeri Vinisius Juniorun qolu zamanı 9 dəfə “qızıl top” sözünü qışqırıb.
Ferdinand televiziya kanalında Çempionlar Liqasının finalının “Real” – “Borussiya” (2:0) oyununu şərh edib. O, Vinisiusun qolu zamanı düz 9 dəfə “qızıl top” sözünü qışqırıb.
23 yaşlı braziliyalı futbolçu ötən mövsüm 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin