Ferdinand “Mançester Yunayted”in müdafiəçisini təriflədi

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand komandanın müdafiəçisi Conni Evansın İngiltərə Premyer Liqasının “Bernli” ilə son oyunundakı (1:0) çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, futbolçu haqqında bunları söyləyib:

“Mən düşünürəm ki, Evans matçda ən yaxşı müdafiəçi idi. O, komandanın müdafiəsini çox yaxşı qurdu, liderliyini və təcrübəsini göstərdi. Evans “Mançester Yunayted”ə qələbə qazandıran qolda rol oynadı. Bu, komanda üçün böyük nəticədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button