“Mançester Yunayted” bu oyunda özünü biabır etdi”
“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand komandanın İngiltərə çempionatında “Tottenhem”lə son matçdakı çıxışını (0:3) tənqid edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu “qırmızı şeytanlar”ın bu oyunda özlərini biabır etdiklərini bildirib:
“Mançester Yunayted” bu oyunda özünü biabır etdi. Komanda bərbad oyun nümayiş etdirdi, onu izləmək çətin idi. Onlar tez-tez topu itirirdi. Mən emosiyalara qapılıram, özümü saxlaya bilmirəm”.
“Mançester Yunayted” İngiltərə çempionatının 6 turundan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin