Keçmiş futbolçu Kazemironu müdafiə etdi

Kazemiro “Mançester Yunayted”in “Liverpul”la oyununda (0:3) səhvlərdən sonra tənqidlərlə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunu tənqid edənlərdən biri də ingiltərəli keçmiş oyunçu Cimi Karrager olub. O, hətta Kazemironu futbol oynamağı bitirməyə təşviq edib.

Bundan sonra Rio Ferdinand Karragerin sözlərinə reaksiya verib:

“Cimi Karragerin “futbol sizi tərk etməzdən əvvəl futbolu tərk edin” – dediyini eşitdim. Mən bunu son dərəcə hörmətsizlik hesab edirəm, xüsusən də, Kazemironun təcrübəsini nəzərə alsaq. Əvvəlki iki matça nəzər salsaz, Kazemiro komandanın ən yaxşı oyunçusu idi. Ən asan yol, onunla hər şeyin səhv olduğunu, çox qocaldığını söyləməkdir.

Kazemirodan uzun toplar ötürmək və tempi təyin etmək tələb olunur. Lakin “Real” ondan bunu heç vaxt istəməyib. O, təhlükəsizliyi təmin etdi, boşluqları doldurdu və digər oyunçulara hücum haqqında düşünmələri üçün nəsə verdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button