Ferdinand: “Maldini futbol tarixinin ən yaxşısıdır”

“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand futbol tarixinin ən yaxşı müdafiəçisinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi, BBC-yə açıqlamasında bunu deyib:

“Paolo Maldini futbol tarixinin ən yaxşısıdır”.

İtaliyalı sabiq futbolçu Maldininin “Milan”dakı karyerası 1984-2009-cu illəri əhatə edib. Bu müddət ərzində o, klubla 26 kubok, o cümlədən 7 dəfə İtaliya çempionluğunu, 5 dəfə isə Çempionlar Liqasını qazanıb.

Maldini 2019-cu ildə Milan klubunda texniki direktor vəzifəsini icra edib, 2018-ci ildən isə strateji inkişaf direktoru vəzifəsində çalışıb. Ümumilikdə o, 36 ilini “Milan”da müxtəlif statuslarda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button