“Milan” Feliksi geri qaytaracaq

Joao Feliks “Milan”da qalmayacaq və mövsümün sonunda “Çelsi”yə qayıdacaq.

İtaliya klubu 25 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində mövsümün sonuna qədər “zadəganlar”dan icarəyə götürüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın gələn mövsüm Feliksi 30-35 milyon avroya almaq şərti ilə 8-10 milyon avroya “Çelsi”dən icarəyə götürə biləcəyi bildirilirdi.

“Milan” hazırda Felikslə bağlı londonlularla danışıqlar aparmağı planlaşdırmır. Yayda öz vəziyyətini dəyərləndirəcək və yeni klub axtaracaq Feliksin “Çelsi”yə qayıtması gözlənilir.

Feliks “Milan”ın heyətində İtaliya kubokunda “Roma” ilə ilk oyununda (3:1) qol vurub. Ancaq o, növbəti 10 matçda fərqlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button