Feliks keçmiş klubuna qayıda bilər

“Atletiko”nun hücumçusu Joao Feliks karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.

Komanda.az “Record” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Benfika” maraqlanır. Klub portuqaliyalı futbolçunu bir mövsümlük icarəyə götürmək istəyir.

Feliks “Atletiko”ya keçməzdən əvvəl “Benfika”da oynayıb və buradan 127 milyon avroya satılıb.

O, 2022/23 mövsümünün ikinci yarısında icarə əsasında “Çelsi”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button