Feliks Portuqaliyaya qayıda bilər
“Barselona”dan icarədən qayıdan “Atletiko”nun hücumçusu Joao Feliks karyerasını Portuqaliyada davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 24 yaşlı forvardla La Liqaya keçməmişdən öncə formasını geyindiyi “Benfika” maraqlanır.
Portuqaliyanın top-klubu Feliksin hüquqlarının 50 faizini almağa hazırdır.
Feliks ötən mövsüm İspaniya çempionatında 30 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. İcarə müddəti bitəndən sonra “Barselona” futbolçu ilə yeni müqavilə bağlamayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin