Feliks: “Benfika”ya qayıtmağı ciddi şəkildə düşünürəm”

“Çelsi”nin portuqaliyalı hücumçusu Joao Feliks vətəninə qayıtmaq istədiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bruno Lage mənim inkişafımda əsas rol oynamış şəxsdir. Mən “Benfika”ya qayıtmağı ciddi şəkildə düşünürəm. Yəqin ki, indi məni ən çox cəlb edən yer oradır”.

Feliks 2024-cü ilin yayında “Atletiko”dan “Çelsi”yə keçsə də, komandada möhkəmlənə bilməyib və qışda “Milan”a icarəyə verilib. 25 yaşlı forvard son mövsümdə 41 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2031-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button