“Feliks belə oynamağa davam edərsə, onu transfer etməli olacağıq” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta komandada icarə əsasında çıxış edən Joao Feliks haqda danışıb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub prezidenti portuqaliyalı futbolçunun transferinin idman direktoru Dekudan asılı olduğunu bildirib:
“Feliks belə oynamağa davam edərsə, onu transfer etməli olacağıq. Amma hər şey Dekunun nə deməsindən asılıdır. Məqsədimiz La Liqanı qazanmaq və Çempionlar Liqasını qazanmağa çalışmaqdır. Dekunun baş məşqçi Xavi ilə çox yaxşı münasibəti var. Mən Xavidən məmnunam, o, komandanı çox yaxşı idarə edir”.
“Atletiko” klubuna məxsus Feliks bu il sentyabrın 1-də icarə əsasında “Barselona”ya keçib. 23 yaşlı futbolçu La Liqada 6 matç keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin