Feliks “Barselona”dan ayrılmaq istəmir
“Barselona”da icarə əsasında çıxış edən “Atletiko”nun hücumçusu Joao Feliks gələcəyi ilə bağlı qərar verib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu cari mövsümün sonuna qədər olan icarə müqaviləsi başa çatdıqdan sonra da Kataloniya klubunda qalmaq istəyir. “Barselona” futbolçunu almağa meyllidir, lakin yekun qərar mövsümün sonuna yaxın veriləcək.
23 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində bütün yarışlarda 17 matçda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin