“Fehervar”ın baş məşqçisi Sumqayıtda qazandıqları qələbədən danışdı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Sumqayıt”ın qonağı olan “Fehervar” (Macarıstan) klubunun baş məşqçisi Tamaş Peto 2:1 hesablı qələbəni şərh edib.

Komanda.az xəbər verir ki, o, oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:

“Uzun uçuş oldu. Yorğunluq vardı. Qırmızı vərəqədən sonra toparlandıq. Çox qol vura bilərdik. Lakin sonda bizim üçün uğurlu nəticə oldu. Düşünmürük ki asan idi. Çox rahat qələbə olmadı. “Sumqayıt” yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq. Onlar da bizim kimi səfərdə oynayacaqlar”.

“Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button