Federasiyanın vitse-prezidenti və baş katibi istefa verdi
Serbiya Futbol Federasiyasının vitse-prezidenti Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç vəzifələrindən istefa veriblər.
Komanda.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Serbiya millisi AÇ-2024-ün qrup mərhələsində 2 xalla 4-cü yeri tutub. Nəticədə komanda turnirdə mübarizəni dayandırıb. Buna görə Serbiya millisi və Serbiya Futbol Federasiyası yerli azarkeşlər tərəfindən tənqid olunub.
Bu gün isə vitse-prezident Branislav Nedimoviç və baş katib Yovan Surbatoviç millinin uğursuzluğuna görə istefa verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin