Federasiyanın keçmiş baş katibinə 11 illik həbs cəzası
Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.
Komanda.az xəbər verir ki, bu barədə Çin məhkəməsi qərar qəbul edib.
Bununla yanaşı, federasiyanın keçmiş rəsmisi Yin 3,6 milyon yuan (təxminən 500 min ABŞ dolları) cərimələnib.
Məhkəmənin qərarına əsasən, rüşvətxorluq ittihamları ilə bağlı qanunsuz şəkildə əldə olunmuş bütün pullar müsadirə ediləcək və dövlət xəzinəsinə veriləcək. Məhkəmədən çatışmayan məbləğin axtarışının davam etdiriləcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin