Federasiya U-21-in oyununa U-20-ni çıxaracaq – koronavirusa görə

İtaliyanın U-21 millisi bu gün AÇ-2021-in seçmə mərhələsi çərçivəsində İrlandiya yığması ilə qarşılaşmalı idi.

Komanda.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının qərarı ilə bu oyunda U-20 yığması iştirak edəcək. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Bu addımın atılmasına səbəb U-21 millisinin bir neçə üzvündə koronavirusun aşkarlanmasıdır. Bu səbəblə, federasiya U-21-i U-20 yığması ilə əvəzləməyə qərar verib. Oktyabrın 7-dən təlim-məşq toplanışında olan U-20 yığmasında bütün test nəticələri neqativ olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button