Federasiya prezidentindən Liqa 1-lə bağlı açıqlama

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyt koronavirus pandemiyası səbəbiylə dayandırılan ölkə çempionatları ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, federasiya rəhbəri, Liqa 1 də daxil olmaqla, turnirlərin bərpa vaxtı ilə bağlı bunları deyib:

“Mövsümü iyunun sonunda bitirməyimizin mümkünsüz olduğunu qəbul etməliyik. İki, üç gündən bir oyun keçirə bilmərik. Mümkün olsa, çempionat iyulun sonuna qədər davam edəcək. Hazırda tarixlər vacib deyil. Liqaya may və ya iyun ayının əvvəlindən davam edə bilsək, çox gözəl olar. Bu halda, turniri iyulun 20-nə qədər tamamlayacağıq. Bunlar sadəcə ehtimallardır. Hazırda əsas olan futbol deyil. Lazım olan vaxtı və pulu tapa bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button