Federasiya prezidenti “persona non qrata” elan edilə bilər
Seuta Assambleyası İspaniya Kral Futbol Federasiyasının müvəqqəti prezidenti Luis Rubialesin “persona non qrata” (arzuolunmaz şəxs) elan edilməsi ilə bağlı petisiyaya baxacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Seuta Assambleyası belə bir addımla Rubialesin İspaniya millisinin futbolçularına münasibətdə yol verdiyi hərəkətlərdən imtina etdiyini nümayiş etdirmək istəyir.
Xatırladaq ki, Luis Rubiales qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimindən sonra seksist qalmaqal yaşayıb. O, İspaniya millisinin futbolçusu Cennifer Hermosonun başını tutub və dodaqlarından öpüb. Sosial şəbəkədə bu epizodu şərh edən Hermoso Rubialesin etdiklərini bəyənmədiyini vurğulayıb. Hadisə futbol ictimaiyyəti arasında qızğın müzakirələrə səbəb olub. Rubialesin özü “bu, iki dostun qələbəni qeyd etdiyi an idi” deyib.
Bizi Facebook-da izləyin