Federasiya prezidenti Mingəçevirdə voleybolçularla görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə RVK-nın Mingəçevir bölməsinin yeniyetmə qız voleybolçuları və məşqçilərilə görüşüb.

Komanda.az xəbər verir ki, Kür Olimpiya İdman Mərkəzində baş tutan görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gəncə RVK-nın rəhbəri Şamil Həsənli, regional voleybol klubun direktoru Sərxan Məmmədov və digərləri iştirak ediblər.

Görüşdə qonaqlara Gəncə RVK-nın Mingəçevir bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Sonra çıxış edən Ş.Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Daha sonra Gəncənin “Qarabağ” komandası ilə yerli komanda arasında yoldaşlıq görüşü baş tutub. Gərgin keçən oyunda meydan sahibləri 2:1 hesablı qəbələ qazanıblar.

Oyundan sonra matçla bağlı fikirlərini bölüşən Şahin Bağırov hər iki komandanın yaxşı oyun nümayiş etdirdiyini bildirib, məşqlərə davam etmələrini tövsiyə edib. O, həmçinin yeniyetmə idmançıların valideynləri ilə görüşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button