Federasiya prezidenti milli komanda ilə görüşüb
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov dünya çempionatının elit mərhələsində Bakıda Rumıniya yığması ilə üz-üzə gələcək milli komanda ilə görüşüb.
Qurumdan Komanda.az-a verilən məlumata görə, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Millinin baş məşqçisi Vitali Borisov hazırlıq və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.
Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.
Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayına giriş sərbəst olacaq.
Qazaxıstan 4 oyundan sonra 12 xalla A qrupunda liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və Azərbaycan millisi isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.
Bizi Facebook-da izləyin